Məlumata görə, USAID-in rəhbərinin meüavini vəzifəsini icra edən və DOGE-nin təmsilçisi Ceremi Levin əməkdaşlara məktub göndərərək Ümumdünya Ərzaq Proqramı (ÜƏP) çərçivəsində Livan, Suriya, Somali, İordaniya, İraq və Ekvador üçün maliyyənin bərpa olunmasını xahiş edib. Bundan əlavə, o, əvvəllər işdən çıxarılmış əməkdaşlara öz vəzifələrinə qayıtmaq təklifi ilə müraciət edib.
Birləşmiş Ştatlar həmçinin Sakit okean regionunda Beynəlxalq Miqrasiya Təşkilatının dörd layihəsinə dəstəyini bərpa edib. “Bloomberg” nəşrin mənbələrinin məlumatına görə, yardımın qismən bərpası barədə qərar Ağ Ev administrasiyası və Konqresin təzyiqi ilə qəbul edilib.
ÜƏP aprelin 7-də bildirib ki, Birləşmiş Ştatlar təşkilata 14 ölkədə təcili ərzaq yardımının maliyyələşdirilməsini dayandıracağı barədə xəbərdarlıq edib.
“Bu, aclıq təhlükəsi ilə üzləşmiş milyonlarla insan üçün ölüm hökmü ola bilər”, - təşkilat bildirib.
“Reuters” agentliyinin məlumatına görə, dayandırılan yardımın ümumi məbləği 1,3 milyard dolları keçib. ABŞ-nin hazırkı və keçmiş rəsmilərinin də daxil olduğu “Stand Up For Aid” adlı hüquq müdafiəçiləri qrupu bildirib ki, Livan, Suriya, Somali və İordaniya üçün Ceremi Levinin ötən həftənin sonunda xitam verdiyi və indi yenidən bərpa olunan ÜƏP müqavilələri 463 milyon dollardan çox vəsaitin ayrılmasını nəzərdə tutur.
Bununla belə, “Taliban”ın nəzarətində olan Əfqanıstan və bir hissəsi İrana bağlı husilərin nəzarətində olan Yəmənə yardımla bağlı məhdudiyyətlər qüvvədə qalır. ABŞ Dövlət departamenti daha əvvəl ÜƏP dəstəyinin bu ölkələrdə “Taliban”ın və husilərin mövqelərini gücləndirə biləcəyindən narahatlığını ifadə edib.
![]() |
USAID minlərlə əməkdaşını ixtisar edir - "NYT" |
Belə cinayətkar fəaliyyətə son qoymaq üçün USAİD-in Vaşinqtondakı baş ofisi bağlandı və ABŞ-nin Dövlət depatramenti USAİD-in həyata keçirdiyi layihələrin 83%-nin bağlandığını elan etdi. Açıqlanan məlumatda qurumun işinin iyulun 1-nə kimi yenidən formalaşdırılacağı bildirilir.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı USAID-in tamamilə korrupsiyaya uğramış bir təşkilat olduğunu vurğulayıb.
Xatırladaq ki, Azərbaycan hökuməti hələ fevral ayının 6-da USAID-in ölkəmizdə fəaliyyətinin dayandırılması barədə ABŞ-yə bildiriş göndərib.
Sahil İsgəndərov
AzVision.az