Budapeştdən gözlənilməz bəyanat

“Bizim qərarımızı gələcək şərtlər müəyyənləşdirəcək”, - Siyarto Londondakı Kral Birləşmiş Xidmətlər İnstitutunun analitik mərkəzində çıxışında bildirib.
Avropa İttifaqı (Aİ) sanksiyaları Trampın danışıqlar strategiyasının bir hissəsi olsacağı halda, Macarıstanın onları dəstəkləyə biləcəyi barədə sulaın cavbında Siyarto Moskva ilə Kiyev arasında sülhün əldə olunacağına və Rusiya əleyhinə məhdudiyyətlərin sərtləşdirilməsi zərurətinin ləğvinə ümid etdiyini deyib.
“Əgər bu müsbət ssenari baş tutmasa, biz bunu müzakirə etməli olacağıq”, - Macarıstan XİN-in rəhbəri vurğulayıb.
Xatırladaq ki, martın sonunda Donald Tramp Putinin atəşkəsə mane olacağı və sülh razılaşmasını pozacağı təqdirdə bütün Rusiya neftinə ikinci dərəcəli sanksiyalar tətbiq edəcəyi ilə hədələyib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Macarıstan Rusiya