Panama kanalında ABŞ-yə “yaşıl işıq” yandırıldı

   Panama kanalında ABŞ-yə “yaşıl işıq” yandırıldı
  10 Aprel 2025    Oxunub:652
Vaşinqton və Panama Amerika hərbi gəmilərinin Panama kanalından keçməsi ilə bağlı çərçivə sazişi imzalayıb.
AzVision.az xəbər verir ki, Pentaqonun rəhbəri Pit Heqset sazişin həm ABŞ-nin hərbi, həm də yardımçı gəmiləri üçün prioritet və sərbəst keçidi nəzərdə tutduğunu bildirib.

Heqsetin sözlərinə görə, onun Panamaya səfəri çərçivəsində əldə olunan razılıq ABŞ ilə Panama arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.

“Biz həmçinin Kanal İşləri naziri ilə ABŞ hərbi və yardımçı gəmilərinin Panama kanalından ilk olaraq və pulsuz keçəcəyinə dair çərçivə sazişi imzaladıq. Bu saziş ABŞ-a strateji üstünlüklər verəcək və regionda logistikanı sadələşdirəcək”, - Pentaqonun rəhbəri vurğulayıb.

Panamanın nümayəndələri də əldə edilmiş razılaşmalardan məmnun olduqlarını və ikitərəfli əməkdaşlığın artacağını gözlədiklərini bildiriblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Panama   keçid  





Xəbər lenti