Ermənistanın Omanda səfirliyi açılacaq

Ermənistanın Omanda səfirliyi açılacaq
  10 Aprel 2025    Oxunub:661
Ermənistan hökuməti Omanda səfirliyin açılması ilə əlaqədar qərarı təsdiqləyib.
Məlumata əsasən, səfirliyin açılmasının iki ölkənin siyasi və iqtisadi əlaqələrinin inkişafına töhfə verəcəyi vurğulanır.

"Son illər Ermənistan ilə Fars körfəzinin ərəb ölkələri arasında münasibətlər siyasət, iqtisadiyyat və ticarət, habelə mədəniyyətlərarası dialoq sahələrində dinamik şəkildə irəliləyir. Oman Sultanlığı da Ermənistanda öz səfirliyini açmaq istəyini bildirib", - məlumatda deyilir.

Beləliklə, Ermənistanın Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Qətərin ardınca Fars körfəzi ölkələrində dördüncü səfirliyi fəaliyyətə başlayacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   Oman   səfirlik  





Xəbər lenti