Saar: "Makronun qərarı terrora hədiyyədir"

      Saar:    "Makronun qərarı terrora hədiyyədir"
  10 Aprel 2025    Oxunub:630
"Fransa Prezidenti Emmanuel Makronun Fələstin ərazisini rəsmi surətdə dövlət kimi tanımaq "terrorizmə mükafat"dır".
Bu sözləri İsrailin xarici işlər naziri Gideon Saar özünün "X" hesabında yazıb. O vurğulayıb ki, istənilən ölkənin qondarma Fələstin dövlətini birtərəfli qaydada tanıması HƏMAS-ın simasında "terrorizmə verilən mükafat"dan fərqsizdir.

"Bu cür addımlar regionumuza nəinki sülh, sabitlik və təhlükəsizlik gətirməyəcək, əksinə, onları daha da uzaqlaşdıracaq", - nazir bildirib.
Paris Fələstin dövlətini tanımağa hazırlaşır?

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron rəsmi Parisin bu ilin iyununda Fələstin dövlətini tanıya biləcəyini açıqlayıb. Bu baş verərsə, Fransa Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Fələstini tanıyan ilk daimi üzvü kimi tarixə düşəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Fələstin   Fransa   rəsmi-tanıma   reaksiya  





Xəbər lenti