Tehran MAQATE-nin müfəttişlərini qovacağı ilə hədələyib

“Davamlı xarici təhdidlər və İrana hərbi hücum həyata keçirmək cəhdləri MAQATE-nin müfəttişlərinin qovulması və onunla əməkdaşlığın dayandırılması kimi çəkindirici tədbirlərin tətbiqinə səbəb ola bilər. Digər bir tədbir zənginləşdirilmiş uranın İran daxilində təhlükəsiz və açıqlanmayan yerlərə daşınması ola bilər”, - SEPAH generalı “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Aprelin 9-da ABŞ prezidenti Donald Tramp, lazım gələrsə, Vaşinqtonun İrana qarşı hərbi güc tətbiq etməyə hazır olacağını bildirib.
Sahil İsgəndərov
AzVision.az