Tramp Çin məhsullarına rüsumları 145 faizə qaldırıb

Tramp Çin məhsullarına rüsumları 145 faizə qaldırıb
  10 Aprel 2025    Oxunub:607
ABŞ Prezidenti Donald Tramp Çin məhsullarına tətbiq olunan gömrük rüsumlarını 145 faizə yüksəldib.
AzVision.az xəbər verir ki, bu barədə CNBC Ağ Evə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Çindən idxal olunan məhsullara ABŞ-ın tətbiq etdiyi tarif dərəcəsi hazırda faktiki olaraq 145%-dir.

Qeyd edək ki, bundan əvvəl Tramp ABŞ-ın Çinə tətbiq etdiyi ticarət tariflərini 125%-ə qaldırmışdı.

Çin hakimiyyəti isə buna cavab tədbiri olaraq ABŞ-dan idxal olunan mallara rüsumları 84%-ə qədər artırmağa qərar vermişdi. Tramp Çini bu addımdan geri çəkilməyə çağırmış, əks halda rüsumları daha da qaldıracağını bildirmişdi.

AzVision.az



Teqlər:





Xəbər lenti