ABŞ Rusiyaya qarşı sanksiyaları uzatdı

Vaşinqton 2014-cü ildə Krımın Rusiyaya ilhaqının ardından və daha sonra Moskvanın Amerika seçkilərinə iddia edilən müdaxiləsinə görə Rusiyaya qarşı cəza məhdudiyyətləri qoyub. Sanksiyalar 2022-ci ilin fevralında Ukrayna münaqişəsinin kəskinləşməsindən sonra daha da genişləndirilib.
Tramp tərəfindən təsdiq edilmiş 10 aprel 2025-ci il tarixli ən son uzatma sənədi Federal Reyestr saytında yerləşdirilib. Sənəddə "Rusiya Federasiyası Hökumətinin Müəyyən Zərərli Xarici Fəaliyyətləri ilə bağlı Milli Fövqəladə Halların Davamı" elan edilib.
Tramp həmçinin Rusiyanın Ukrayna münaqişəsi üzrə atəşkəs danışıqlarındakı uğursuzluğa görə məsuliyyət daşıyacağı təqdirdə Moskvaya qarşı yeni sanksiyalar tətbiq edəcəyi ilə hədələyib.
Trampın təhdidini şərh edən Kremlin sözçüsü Dmitri Peskov keçən həftə “Amerika tərəfi ilə dialoqun davam etdiyini” və Moskvanın Ukrayna münaqişəsinin diplomatik yolla həllinə açıq olduğunu bildirib.
Məhəmmədəli Həsənli
AzVision.az
Teqlər: