Barro: "Danışıqlar Aİ-nin maraqları ilə uzlaşmalıdır"

      Barro:    "Danışıqlar Aİ-nin maraqları ilə uzlaşmalıdır"
  14 Aprel 2025    Oxunub:1024
"ABŞ və İran arasında Tehranın nüvə proqramına dair yeni nüvə danışıqları Avropa İttifaqının (Aİ) təhlükəsizlik maraqları ilə üst-üstə düşməlidir".
Bu sözləri Fransanın xarici işlər naziri Jan-Mişel Barro Lüksemburqda keçirilən Aİ XİN rəhbərlərinin görüşündən qabaq jurnalistlərə açıqlamasında dilə gətirib. O vurğulayıb ki, Fransa, Böyük Britaniya və Almaniya nüvə proqramı üzrə danışıqların "Avropanın maraqlarından kənara çıxmaması" üçün müzakirələri yaxından izləyir.
Tramp: "İranla əlaqədar qərarı tezliklə verəcəyik"

Xatırladaq ki, İranın nüvə proqramı ilə əlaqədar danışıqların ilk mərhələsi ötən həftə Omanda baş tutub. Bu, ABŞ və İran son 8 il ərzində keçirilən ən mühüm görüş kimi qiymətləndirilir. Növbəti mərhələnin isə bu şənbə günü İtaliyanın paytaxtı Roma şəhərində baş tutacağı gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Fransa   ABŞ   İran   nüvə-danışıqları  





Xəbər lenti