Moskva: “Ermənistanı çətin gələcək gözləyir”

      Moskva:    “Ermənistanı çətin gələcək gözləyir”
  14 Aprel 2025    Oxunub:1013
Əgər Ermənistan Avropa seçimi yolu ilə getsə, bu, obyektiv .əkildə İrəvanın Avrasiya İqtisadi İttifaqı xətti üzrə tərəfdaşları ilə mövcud olan iqtisadi münasibətlərə yenidən baxılmasını şərtləndirəcək.
Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” nəşrinə müsahidəsində bu məqamın Ermənistan əhalisi üçün, çox yəqin ki, kifayət qədər ağrılı prosesə çevriləcəyini vurğulayıb.

“Söhbət Rusiyanın və ya bir digərinin çox inkişaf etmiş iqtisadi əməkdaşlığımız kontekstində Ermənistanı kənarlaşdırmaqdan və ya ona ziyan vurmaqdan getmir. Ötən il ticarət dövriyyəmiz əhəmiyyətli artım nümayiş etdirərək, təqribən 12 milyard ABŞ dollar olub. Bizim Ermənistanın maraqlarını pozmaq planımız yoxdur və ola da bilməz. Bu, bizim Gürcüstanla olduğu kimi, çoxəsrlik ümumi tariximizlə, Böyük Vətən müharibəsindəki ümumi qələbəmizlə bağlı olduğumuz müttəfiqimiz, strateji tərəfdaşımızdır, ümid edirəm ki, mayın 9-da 80 illiyini birlikdə qeyd edəcəyik”, - rusiyalı məmur kökə və qamçı ruhlu bəyanat verib.

Moskva İrəvana xəbərdarlıq edib
Onun sözlərinə görə, məsələ bundadır ki, obyektiv şəkildə Avropa İttifaqına (A) və Aİİ-yə eyni vaxtda üzvlük mümkün deyil, çünki bu ittifaqların müxtəlif gömrük və tarif tənzimləmələri var; onlar mahiyyətcə fərqli iqtisadi bloklardır. Bu baxəmdan, Moskvanın erməni həmkarları yəqin ki, nə vaxtsa hansı istiqamətə getdiklərini qərar verməli olacaqlar: Aİ-yə inteqrasiyaya, yoxsa Aİİ vasitəsilə Avrasiya inteqrasiyasında iştirakın davam etdirilməsinə. Hərçənd, Aİİ-də iştirak Ermənistan əhalisinə aşkar fayda gətirir. Bu, ilk növbədə, Ermənistanın ÜDM-nin artımı üçün çox mühüm rəqəmlərlə ifadə olunur. Son bir ildə bu, təxminən 6% təşkil edib.

- Bəs, digər tərəfdən, indiki mərhələdə Aİ Ermənistan və digər ölkələr üçün nə deməkdir? Bu, giriş üçün qeyri-müəyyən perspektivləri olan tələblər və meyarlar məcmusudur. Əgər Ermənistan Avropa seçimi yolu ilə getsə, bu, obyektiv olaraq İrəvanın Aİİ xətti üzrə tərəfdaşları ilə mövcud iqtisadi münasibətlərə yenidən baxılmasına gətirib çıxaracaq. Bu, yəqin ki, kifayət qədər ağrılı proses olacaq, o cümlədən təəssüf ki, Ermənistan əhalisi üçün. Ölkə rəhbərliyinin Aİİ-dən çıxmaqla nələri itirə biləcəyini, Aİ-yə üzvlükdən əslində nə qazana biləcəyini öz əhalisinə izah edəcəyini düşünmək Ehtimal etmək məntiqlidir”, - Mixail Qaluzin bildirib.

Rusiya XİN-nin rəhbərinin müavini rəsmi İrəvanda bu vəziyyəti gördüklərinə və buna uyğun qiymət verdiklərinə ümid etdiyini deyib. Belə ki, indiyə qədər Ermənistan Aİİ-nin heç bir strukturundan çıxmayıb. Moskva, öz növbəsində Ermnənbistanın 2024-cü ildə Aİİ-yə uğurlu sədrliyini yüksək qiymətləndirir və buna görə də İrəvanla əməkdaşlığı davam etdirir. Qaluzin, həmçinin Ermənistan nümayəndələrinin MDB orqanlarının bütün tədbirlərində, bütün ekspert görüşlərində də fəal iştirak etdiklərinə diqqət çəkib.

Xatırladaq ki, Mixail Qaluzin də daxil olmaqla bir sıra yüksək vəzifəli məmurlar İrəvana bu qəbildən olan xəbərdarlıqlar ünvanlasalar da, Ermənistan hakimiyyəti Aİ-yə inteqrasiya proseindən geri çəkilməyəcəyini nümayiş etdirir. Ən azı indiki məqamda.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Rusiya   Ermənistan   xəbərdarlıq  





Xəbər lenti