HƏMAS: "48 saat ərzində təklifə cavab verəcəyik"

      HƏMAS:    "48 saat ərzində təklifə cavab verəcəyik"
  15 Aprel 2025    Oxunub:463
"İsrail tərəfi ilə atəşkəs və əsir mübadiləsi üzrə vasitəçilərin (ABŞ, Misir və Qətər) irəli sürdükləri saziş təklifinə, yəqin ki, 48 saat ərzində cavab verəcəyik".
Bu sözləri Fələstinin iranyönümlü HƏMAS qruplaşmasının adı çəkilməyən nümayəndəsi "Agence France-Presse" xəbər agentliyinə açıqlamasında dilə gətirib. O vurğulayıb ki, hazırda liderlik çərçivəsində "ciddi məsləhətləşmələr" aparılır.
Qahirə: "Müsbət dönüş qeydə alınıb"

Xatırladaq ki, Misirin Dövlət İnformasiya Xidmətinin sədri Ziya Rəşvan yerli mətbuata verdiyi müsahibədə münaqişənin həlli üzrə səylərin "özünü doğrultduğunu".diqqətə çatdırıb. Onun sözlərinə görə, İsrail ilə HƏMAS arasında atəşkəs və əsir mübadiləsi sazişi üzrə yeni danışıqlarda müsbət irəliləyiş var.

Firudin Həmidli
AzVision.az


Teqlər:   HƏMAS   İsrail   müharibə   atəşkəs  





Xəbər lenti