Qərb artıq əvvəlki Qərb deyil

   Qərb artıq əvvəlki Qərb deyil
  16 Aprel 2025    Oxunub:767
Qərb əvvəlki formada mövcudluğunu bitirib.
AzVision.az xəbər verir ki, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen “Die Zeit” nəşrinin “Avropa İttifaqı (Aİ) indi Qərb dünyasının yeni lideri oldumu sualının cavabında belə deyib.

“Qərb artıq bizim tanıdığımız kimi mövcud deyil. Dünya, o cümlədən geosiyasi baxımdan qlobusa çevrilib və bu gün tarif müzakirələrindən də göründüyü kimi, dostluq şəbəkələrimiz bütün dünyanı əhatə edir”, - AK sədri bildirib.

Kallas ABŞ-nin Aİ-yə yanaşmasından məyusdur
Brüssel və Vaşinqton arasında mümkün son fikir ayrılığı ilə bağlı suala gəlincə, Ursula fon der Lyayen ikitərəfli dostluğun qorunub saxlanacağına əminliyini ifadə edərək özünü “ABŞ-nin böyük dostu və əqidəli Atlantist” adlandırıb. O, eyni zamanda digər tərəfdaşlarla əlaqələrin inkişafının vacibliyini vurğulayıb.

Xatırladaq ki, son vaxtlar Ukrayna məsələsi və Donald Trampın elan etdiyi “ticarət savaşı” kontekstində ABŞ-Aİ münasibətlərində ciddi çatlar yaranıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Ursula   Qərb  





Xəbər lenti