Vaşinqton “DeepSeek”i qadağan edən bilər

   Vaşinqton “DeepSeek”i qadağan edən bilər
  17 Aprel 2025    Oxunub:934
ABŞ hakimiyyəti ölkədə Çinin “DeepSeek” chatbotuna girişi qadağan etməyi, həmçinin onun texnoloji tərəfdaşlarına qarşı yeni tədbirləri nəzərdən keçirir.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “The New York Times (NYT)” nəşrinin yazdığına görə, Donald Tramp administrasiyası artıq Çinə “Nvidia” şirkətinin çiplərinin tədarükünü məhdudlaşdırıb. İndi, “DeepSeek”in Amerika texnologiyasını almasını qadağan edən sanksiyaların tətbiqi, həmçinin ABŞ istifadəçiləri üçün xidmətin qarşısını ala biləcəyindən danışılır.

“Çin platforması ilə Çin ordusu arasında əlaqələrə xüsusi diqqət yetirilir. Ağ Ev “DeepSeek”in bəzi tərtibatçılarının ABŞ-nin sanksiyalarına məruz qalan Çin ordusu və qurumları ilə əlaqəli ola biləcəyindən narahatdır”, - qəzet bildirir.

Çindən daha bir süni intellekt sürprizi
Eyni zamanda, ABŞ Konqresi də “Nvidia” şirkətinə təzyiqi artırıb. Aprelin 16-da Nümayəndələr Palatasının Çinin Kommunist Partiyası üzrə xüsusi komitəsi şirkətin “DeepSeek”i süni intellekt çipləri ilə təmin etməklə ixrac məhdudiyyətlərini pozub-pozmadığı ilə bağlı araşdırmaya başlayıb. Qeyd edək ki, bu “Nvidia” ilə bağlı Konqresin ilk araşdırmasıdır.

Lakin şirkətin sözçüsü Con Ritso “Nvidia”nın ABŞ hökumətinin qaydalarına “son hərfə qədər dəqiqliklə” əməl etdiyini bildirib.

Xatırladaq ki, yanvar ayında “DeepSeek” yeni süni intellekt sistemi “DeepSeek-V3” platformasına təqdim edib ki, bu da imkanlarına görə dünyanın aparıcı analoqları ilə müqayisə oluna bilər. Tərtibatçıların iddiasına görə, modelin hazırlanması iki ay çəkib və altı milyon dollardan az xərcə, yəni rəqiblərdən onlarla dəfə ucuz başa gəlib. Xidmət işə salındıqdan qısa müddət sonra İtaliyada artıq bloklanıb.

“DeepSeek”in nümayəndələri “NYT” nəşrinin şərh sorğusuna cavab verməyiblər.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   ABŞ  





Xəbər lenti