"Azərkosmos" hədiyyə üçün xərclədiyi 154 mini büdcəyə qaytaracaq

Eyni zamanda, agentliyin və onun İdarə Heyətinin səlahiyyətlərini icra etməməsi halları ilə bağlı Nazirlər Kabinetinə məlumat göndərilməsi məqsədəuyğun hesab olunub. Cari auditor hesabatının "Azərkosmos"a təqdim edilməsi, audit nəticələri barədə Milli Məclisə məlumat verilməsi də təkliflər sırasındadır.
Hesablama Palatası Kosmik Agentlikdən "Hesablama Palatası haqqında" qanunun 27.7-ci maddəsinə uyğun olaraq, audit hesabatında göstərilən nöqsanların aradan qaldırılması, məsul şəxslərin qanunvericiliyə uyğun məsuliyyətə cəlb edilməsi və görülmüş işlər barədə bir ay müddətində məlumat verilməsini tələb edib.
Palatanın audit zamanı müəyyən etdiyi maliyyə pozuntuları və onların aradan qaldırılması üçün Kosmik Agentlik qarşısında irəli sürdüyü əsas tələblər bunlardır:
- 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində çadırların istehsalı və montaj xidmətlərinə görə 26.5 min manat ƏDV-nin hesablanaraq dövlət büdcəsinə ödənilməsi;
- 2022-2023-cü illərdə alınmış xidmətlərlə bağlı 46.3 min manatlıq əvəzləşdirilmiş ƏDV-nin büdcəyə qaytarılması;
- 132.2 min manatlıq dəyəri olan aktivlərin inventarizasiyası və uçota alınması;
- Kosmik fəaliyyətə dair hazırlanmış 13.5 min manatlıq videoçarxın qeyri-maddi aktiv kimi uçota alınması;
- İşçilərə mükafat olaraq normadan artıq verilmiş 24.6 min manatın bərpası;
- Monitorinq, təlim və SƏTƏM xidmətlərinə görə artıq ödənilmiş 23.5 min manatın geri qaytarılması;
- Konqresin bağlanış mərasimi üçün normadan artıq xərclənmiş 39 min manatın və hədiyyələrə görə ayrılmış 154.1 min manatın dövlət büdcəsinə bərpa edilməsi.
AzVision.az
Teqlər: