Buraxılış imtahanının cavabları sabah açıqlanacaq

Buraxılış imtahanının cavabları sabah açıqlanacaq
  20 Aprel 2025    Oxunub:1259
Bu gün keçirilən imtahandakı test tapşırıqlarının cavabları sabah DİM-in saytına yerləşdiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 20-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Mərkəzdən verilən məlumata görə, aprelin 21-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 5 həftə ərzində elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti