“Bizim Qurtuluş Günü elan etdiyimiz gündən bəri bir çox dünya liderləri və biznes liderləri mənə müraciət ünvanlayaraq tariflərin azaldılmasını xahiş etdilər. Amma onlar əvəvlki səhvlərini düzəltməlidirlər”, - ABŞ prezidenti yazıb.
![]() |
Pinqvinlər də rüsum ödəyəcək? |
Xatırladaq ki, aprelin 2-də Donald Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq olunacağını açıqlayıb. 10%-lik universal tariflər aprelin 5-də, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minib. Daha sonra Tramp bir sıra ölkələr və ərazilərdə əlavə idxal tariflərini 90 gün müddətinə dayandırdığını bildirib.
Ağ Ev elan olunan taym-autu fasilə ticarət danışıqları ilə izah edib. Bu müddət ərzində 10% universal tarif tətbiq olunacaq.
Sahil İsgəndərov