Lerikdə ağır qəza olub, ölən və yaralananlar var

Lerikdə ağır qəza olub, ölən və yaralananlar var
  24 Aprel 2025    Oxunub:334
Lerik rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı araşdırma aparılır.
Bu barədə AzVision.az -a DİN Mətbuat Xidməti Lənkəran regional qrupundan bildirilib.

Qeyd olunub ki, aprelin 24-də saat 08 radələrində E.Qasımov idarə etdiyi "Ford Transit" markalı avtomobillə Lerik rayonunun Zenonu kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Nəticədə avtomobildə olan sərnişin, 68 yaşlı R.Qasımova ölüb, sürücü və digər sərnişin xəsarət alıb.

Araşdırma aparılır.
AzVision.az



Teqlər:





Xəbər lenti