Ukraynada defolt təhlükəsi yaranıb

   Ukraynada defolt təhlükəsi yaranıb
  24 Aprel 2025    Oxunub:369
Kiyev 2,6 milyard dollarlıq dövlət borcunun sahibləri ilə danışıqların nəticəsiz qaldığını elan edib.
AzVision.az xəbər verir ki, “Financial Times (FT)” nəşrinin yaydığı məlumata görə, belə vəziyyət Kiyevin ödəmə müddətindən əvvəl restrukturlaşmasına olan ümidlərini sarsıdır.

“Kiyev restrukturlaşma ilə bağlı vaxtında razılığa gələ bilməsə, mayın sonunda ödənilməli olan və 2023-cü ilin iqtisadi göstəricilərinə bağlı təxminən 600 milyon dollarlıq ödənişi defolt elan etmək məcburiyyətində qalacaq”, - qəzet yazır.

Ukraynanın Maliyyə тazirliyi “bütün mümkün variantları” nəzərdən keçirdiyini və defoltdan qaçmaq üçün danışıqları davam etdirəcəyini bildirib.

ÜDM-in orderləri əvvəlki restrukturlaşmanın bir hissəsi kimi 2015-ci ildə verilib və Ukrayna iqtisadiyyatı ildə 3%-dən çox böyüyərsə, investorlara ödənişləri nəzərdə tutur. Lakin 2022-ci ildə Rusiyanın hərbi müdaxiləsindən sonra Kiyev belə şərtləri qeyri-aktual sayır və orderləri “köhnəlmiş” adlandırır.

- Bu alətlər artıq mövcud olmayan bir dünya üçün yaradılmışdı. 2023-cü ildə artım rifah əlaməti yox, iqtisadiyyatda demək olar ki, 30% azalmadan sonra kövrək bərpanın təzahürüdür”, - Ukraynanın Maliyyə nazirliyi vurğulayıb.

Beynəlxalq Valyuta Fondunun daha əvvəl əvvəl açıqladığı xəbərdarlıqda qeyd olunur ki, orderlərlə bağlı qərar verilməsə, onlar 2024-cü ildə 15,5 milyard dollarlıq yardım proqramının davamlılığını və 20 milyard dollardan çox borcun restrukturlaşmasına təhdid yarada bilərlər.

Maraqlıdır ki, müharibənin ilk mərhələsində investorlar ödənişlər üçün iki illik güzəşt dövrünə razılaşmışdılar. Bununla belə, 2024-cü ildən bərpa olunmalı idi. Danışıqlar davam edir, lakin razılaşma olmadan Ukrayna qarşıdakı illərdə milyardlarla dollarlıq öhdəliklər riski ilə üzləşib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   defolt  





Xəbər lenti