Kişi nəyi bağışlamır: Qadınların 6 səhvi

Əgər qadın kişini əfəl, fərsiz hesab etdiyini gizlətmirsə, başqalarının nəyisə daha yaxşı bacardığını deyirsə, gec-tez münasibətlər pozulacaq.
2) Özgələrin yanında alçaltmaq
Hətta zarafatla olsa belə, bu cür davranış kişinin qüruruna çox ağır zərbə vurur. Özünü o yerə qoymağa çalışmasa da, mənliyində böyük bir çat qalacaq.
3) Sevgi və sekslə manipulyasiya
“Belə etməsən, bir də... görməyəcəksən” tipli bəyanatlar kişinin qadına olan hörmət və etmadını kəskin azaldır. Ona elə gəlir ki, qadın öz qadınlığı ilə alver edir.
4) Xəyanət
Hətta fiziki olmasa belə. “Sadəcə yazışma” olsa da... Yalnız “emosinal bağlılıq” da... Heç bir kişi heç vaxt bağışlamayacaq.
5) Başqaları ilə müqayisə olunmaq
Hər belə müqayisə kişinin özünə hörmət və güvən hissini azaldır. “Filankəsin əri belə edir”, “Filankəs səndən daha nəzakətlidir” kimi sözlər motivasiya yaratmır, əksinə. Kişi öz qadını üçün hər işdə “bir nömrəli” olduğunu hiss etmirsə, sevməyi çətin olur.
6) Daimi tənqid və nəzarət
Hər addımının təhlil olunması, hər qərarın yoxlanılması kişini usandırır. Axı o, daxilən özünü cütlüyün lideri hiss etək istəyir.
Kişi ilə münasibətdə səhvə yol verməmək üçün qadınlara 5 məsləhət:
• Sözünüzü açıq deyin, kinayə və sarkazmla danışmayın
• Hətta tam anlamasanız da, dəstək olun
• “Özün başa düş də...” oyunu oynamayın
• Heç vaxt başqası ilə müqayisə etməyin!
• Ən xırda şeylərə görə də minnətdar olmağı bacarın.
Samir Quliyev
AzVision.az
Teqlər: Kişi-qadın