“Rusiyanı diz çökdürmək lazımdır” - Kennedi

“Putin Ukraynanın NATO-ya üzvlüyünü qadağan etmək, Amerika və Avropanın Ukraynaya yardımını dayandırmasını istəyir. Putin elə bilir ki, biz ondan qorxuruq. O, hər addımda prezident Trampı ələ salır və prezidentimizə qarşı hörmətsizlik edib. Biz Putinə onu və ölkəsini balıqlar üçün yemə çevirməyə hazır olduğumuzu bildirməyincə, vəziyyətin yaxşılaşacağını düşünmürəm”, - senator vurğulayıb.
Onun fikrincə, Rusiyanı diz çökdürmək lazımdır, əks halda Moskva danışıqlar masasına oturmayacaq.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Kiyevə raket zərbəsi endirilməsi ilə bağlı Kreml lideri Vladimir Putinin hərəkətindən məyus olduğunu və Rusiya liderinin müharibəni bitirmək üçün ciddi niyyətlərinə əmin olmadığını bildirib. ABŞ prezidenti rusiyalı həmkarının müharibəni bitirməyə hazır olduğunu nümayiş etdirməli olduğunu vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Kennedi Rusiya çökdürmək