WSJ: “Tramp Çinə hədiyyə verib”

      WSJ:    “Tramp Çinə hədiyyə verib”
  29 Aprel 2025    Oxunub:292
ABŞ prezidenti Donald Trampın bir sıra ölkələrdən gələn mallara tətbiq etdiyi rüsumlar ABŞ-nin nüfuzunu sarsıtdığı üçün Çinin xeyrinə olub.
AzVision.az xəbər verir ki, Amerikanın “The Wall Street Journal (WSJ)” nəşrində dərc olunan məqlaədə belə iddia edilir.

“Tariflərin yalnız daxili zərər vurduğunu düşünmək səhvdir. Dostlara və düşmənlərə hücum ABŞ-nin etibarlılığına qlobal inamı sarsıdıb. Cənab Trampın müttəfiqlərə tətbiq etdiyi tariflər Si Cinpinə əsl hədiyyədir”, - məqalə müəllifləri bildirirlər.

Onların fikrincə, ABŞ qlobal iqtisadi liderliyini itirir. Pekin artıq Vaşinqtonun müttəfiqlərinə “daha etibarlı nəhəng bazar” təqdim etməklə, onlarla daha güclü əlaqələr qurmağa çalışır. Bu baxımdan, mövcud vəziyyət Çini cilovlamaq məqsədi daşıyan ölkələrin ticarət ittifaqının formalaşmasına ciddi mane ola bilər.

Çin ABŞ mallarına rüsumu qismən ləğv etməyə hazırdır
- Tarifləri tətbiq etməklə Tramp inflyasiya ilə mübarizə aparmaq və əhalinin real gəlirlərini artırmaq istəyirdi. Lakin tariflər istehlakçılar və xaricdən mal və komponentlər alan bizneslər üçün qıtlıqdan xəbər verir. Bununla belə, Trampın daha əvvəl elan etdiyi 200 ticarət sövdələşməsini bağlamaq niyyəti prezidentin bəzi tarif risklərini qəbul edə biləcəyindən xəbər verir. Ancaq bu cür razılaşmaları rəsmiləşdirmək asan olmayacaq”, - materialda vurğulanır.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp fevral ayında Çindən gələn mallara tarifləri kəskin şəkildə qaldırdı və aprelin ortalarında bu rüsumlar artıq 145%-ə çatmışdı. Aprelin əvvəlində Tramp həmçinin 185 ölkə və ərazidən gələn mallara “qarşılıqlı” tariflərin tətbiq ediləcəyini açıqlayıb. Bundan əvvəl Vaşinqton Meksika və Kanada məhsullarına 25%-lik rüsum tətbiq edib. Eyniz manada, Avropadan idxal olunan polad və alüminiumuna 25 faiz rüsum qoyub.

Aprelin ortalarında Donald Tramp tarif siyasətinin ABŞ-a “rekord məbləğdə pul” gətirdiyini, ölkədə malların ucuzlaşdığını və inflyasiyanın aşağı düşdüyünü iddia etsə də, sonradan ticarət tərəfdaşlarına tariflərin tətbiqini 90 gün müddətinə təxirə salıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Çin   "hədiyyə"  





Xəbər lenti