Qrem: ABŞ Rusiyaya qarşı “sarsıdıcı” sanksiyalar hazırlayır

      Qrem:    ABŞ Rusiyaya qarşı “sarsıdıcı” sanksiyalar hazırlayır
  01 May 2025    Oxunub:475
72 qanunverici Ukrayna ilə sülh danışıqlarına başlamağa razılıq verməyəcəyi təqdirdə Rusiyaya x qarşı yeni sanksiyalar layihəsini dəstəkləyib.
AzVision.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın əsas müttəfiqlərindən biri, Cənubi Karolinadan olan respublikaçı senator Lindsi Qrem belə bəyanat səsləndirib.

Qrem Konnektikutdan olan demokrat Riçard Blumental ilə qanun layihəsinin həmmüəllifidir. “The Wall Street Journal (WSJ)” nəşrinin məlumatına görə, həmmüəlliflər siyahısında indi Senatda çoxluğun lideri Con Tyun (Cənubi Dakota) və Demokratlar Partiyasının lideri Çak Şumer (Nyu-York) da daxil olmaqla 60-dan çox konqresmen yer alıb.

Sənəddə yalnız Moskvaya qarşı sanksiyalardan söhbət getmir, həm də Rusiya nefti, neft məhsulları, təbii qaz, uran və digər məhsulları alan ölkələrdən idxala 500%-ə yaxın rüsumların tətbiq ediməsi məsələsi qoyulur.

Qanun layihəsinə salınmış tədbirləri Rusiya iqtisadiyyatı üçün “sarsıdıcı” adlandıran Lindsi Qrem, tezliklə sülh razılaşması əldə üdilməsə, Senatın “Rusiyaya güclü zərbə vurmaq üçün qəti addımlar atacağına” əmin olduğunu vurğulayıb.

“Məqsəd prezidentə kömək etməkdir. Tramp Rusiya ilə Ukrayna arasında döyüşlərə son qoymaq üçün razılaşmaya vasitəçilik edə biləcəyinə ümidliyəm. Amma Rusiya prezidenti Vladimir Putin Trampla oynamaq istəsə, böyük səhv etmiş olardı”, - respublikaçı senator deyib.

Bu xüsusda senator aprelin 30-da Vaşinqtonla Kiyevin yeraltı sərvətlərin birgə istismarı və Ukraynanın bərpası üçün investisiya fondunun yaradılması haqqında saziş imzaladıqlarıan diqqət çəkib. Bu, Trampın Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündən və Putinin münaqişəni dayandırmaq istəmədiyini söyləməsindən bir neçə gün sonra baş verib.

“Mənə aydındır - və düşünürəm ki, prezident Trampa aydın olur - ruslar öz oyunlarını oynayırlar”, - Lindsi Qrem vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Rusiya   sanksiyalar  





Xəbər lenti