Ekran qanı qatılaşır

// Son 50 ildə filmlər daha “qanlı” olublar

   Ekran qanı qatılaşır
  02 May 2025    Oxunub:1120
Son 50 ildə filmlərdə işlənən zorakılıq ifadələrinin sayı ildən-ilə artıb. ABŞ-nin müxtəlif universitetlərindən olan mütəxəssislər 1970-2020-ci illər aralığında ingilis dilində çəkilmiş 160 min filmi təhlil edəndən sonra bu qənaətə gəliblər.
“OpenSubtitles.org” saytındankı subtitrlərdən və Süni İntellektdən istifadə edən tədqiqatçılar “kill” və “murder” sözlərindən yaranmış kəlmələrin işlənmə tezliyini hesablayıblar. Maraqlıdır ki, belə sözlərin işlənməsi təkcə kriminal deyil, bütün janrdan olan filmlərdə artıb. Onları həm qadın, həm də kişi personajlar işlədirlər.


Qəribədir ki, hətta “PG-13” (“13 yaşa çatmamış uşaqların baxması tövsiyə olunmur”) kateqoriyasından olan filmlərdə də zorakı ifadələrin işlənmə tezliyi 3 dəfə artıb. Bu, uşaqlar üçün media kontentinin seçilməsinə həssas yanaşmağın vacibliyini bir daha qabardır.

Samir Quliyev
AzVision.az


Teqlər: Kino   Psixologiya  





Xəbər lenti