İran-ABŞ nüvə danışıqlarının 4-cü mərhələsi keçiriləcək

İran-ABŞ nüvə danışıqlarının 4-cü mərhələsi keçiriləcək
  11 May 2025    Oxunub:712
Bu gün ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı dolayı danışıqların dördüncü turu keçiriləcək.
Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qeyd edək ki, dünən İran xarici işlər naziri Abbas Araqçi ABŞ-la bərabər Avropa, Rusiya və Çinlə danışıqlar apardıqlarını bildirib. Nüvə silahı yaratmadıqlarını deyən Abbas Araqçi diqqətə çatdırıb ki, uranın saflaşdırılması və ondan enerji məqsədilə istifadə müzakirə mövzusu deyil.

AzVision.az


Teqlər:





Xəbər lenti