Onun sözlərinə görə, Kiyev üçün indi uduzulması mümkün olmayan vəziyyət yaranıb. Ukrayna İstanbula gedir və diplomatik yola hazır olduğunu göstərir. Putin gəlmirsə, zəifliyini göstərir, gəlsə, bütün dünyanın müharibəni davam etdirmək üçün saxta arqumentlər tapmağa məcbur olan bir adamı görəcəyi vəziyyətə düşəcək.
“İndi növbə Rusiyanındır. Onlar yavaş-yavaş öz tələlərinə düşürlər. Cümə axşamı Türkiyədə bizi gözlədiklərini deyəndə bizə tələ qurduqlarını düşünürdülər”, - ukraynalı siyasətçi bildirib.
O, həmçinin vurğulayıb ki, Avropa liderlərinin ötən həftəsonu Kiyevdə keçirilən görüş burada birlik nümayiş etdirilməsi və ABŞ ilə yol xəritəsi razılaşdırılması baxımından vacib olub.
- Buna görə də Putin şənbədən bazara keçən gecə mətbuat qarşısında bir növ absurd çıxış etməyə məcbur oldu və orada Türkiyədə danışıqlara hazır olduğunu açıqladı. Bundan sonra Zelenski təşəbbüs göstərdi və ora gedib Putini gözləyəcəyini dedi. Ruslar indi bu vəziyyətdən necə çıxmağı düşünürlər. Rusiya birbaşa danışıqlara hazır deyil”, - Leşenko iddia edib.
![]() |
The Guardian: “Zelenski təşəbbüsü Putinin əlindən alıb” |
“Biz Rusiyanın heç bir arqumenti olmayan zəifliyini nümayiş etdirmək üçün Putinlə hətta qeyri-populyar təkbətək danışıqlara belə hazır olduğumuzu göstərmişik. Ən əsası isə biz tərəfdaşlarımıza göstəririk ki, problem Kiyevdə deyil, Moskvadadır”, - Sergey Leşenko bildirib.
Bu baxımdan, o, çıxışının sonunda Kiyevin mövqeyini açıq şəkildə ortaya qoyub: danışıqlar uğursuz olarsa, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilməlidir.
Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyanın “The Guardian” qəzeti Putinin əlindən təşəbbüsü alan Zelenskinin indi Rusiya prezidentinə təzyiq göstərdiyini yazmışdı.
Sahil İsgəndərov
AzVision.az