Oyna, vətəndaşlıq qazan: ABŞ-da miqrantların realiti-şousu keçiriləcək

      Oyna, vətəndaşlıq qazan:    ABŞ-da miqrantların realiti-şousu keçiriləcək
  17 May 2025    Oxunub:479
ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi (DHS) miqrantlara vətəndaşlıq vermək üçün reliti-şounun yaradılması təklifini nəzərdən keçirir. İdeyanı yazıçı-ssenarist Rob Uorsoff irəli sürüb.
Təbii ki, bu ideya dərhal “Aclıq oyunları” filmii yada salır. Amma ideyanın müəllifi belə müqayisənin əleyhinədir. Onun sözlrinə görə, layihənin məşhur antiutopik filmlə heç bir əlaqəsi yoxdur. Məqsəd sadəcə ümid vermək və Amerika vətəndaşlığının nə demək olduğunu göstərməkdir.

Realiti-şounun tapşırıqları arasında ABŞ tarixinə dair viktorina, qızıl şaxtasında və Detroytdakı avtomobil zavodlarında fəhləlik kimi missiyalar olacaq. İştirakçılar qatarla ölkədə səyahət edəcəklər. Hər epizoddan sonra bir iştirakçı şoudan çıxarılacaq.

Şounu ABŞ vətəndaşlığı almış məşhur miqrantlardan biri - məsələn, Sofiya Verqara, Rayan Reynolds, Mila Kunis apara bilər.

Özü kanadalı miqrant olan Rob Uorsoff “Nyu-York Tayms”a bildirib ki, Daxili Təhlükəsizlik Nazirliyində ideyaya müsbət yanaşıblar. Lakin hələ ki nazirlə görüşə bilməyib.

Tariyel Həsənov
AzVision.az


Teqlər: ABŞ  





Xəbər lenti