13 trilyonluq səfər

// Tramp ərəb pulları ilə Amerikanın borcunu bağlayacaq

   13 trilyonluq səfər
  17 May 2025    Oxunub:594
ABŞ prezidenti Donald Tramp bildirib ki, onun Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfəri nəticəsində əldə olunan razılaşmalar ABŞ büdcəsinə $12-13 trilyonluq xeyir gətirəcək.
- ABŞ-da belə şey heç vaxt olmamışdı. Trilyonlarla sərmayə! 12-13 trilyon dollar artıq bilinən layihələrin həcmidir. Bəzilərinin haqqında isə yaxın gələcəkdə məlumat verəcəyik,- Tramp Əbu-Dabidə ABŞ və BƏƏ-nin işgüzar dairələrinin görüşündə deyib.

O ümid etdiyini bildirib ki, qoyulacaq sərmayələr nəticəsində ABŞ-ın hazırda $36,2 trilyonu aşan xarici borcunu əhəmiyyətli dərəcədə azaltmaq mümkün olacaq.

Qeyd edək ki, ABŞ Konqresinin büdcə komissiyasının məlumatına görə, əgər tədbir görülməsə, 2034-cü ildə ABŞ-nin xarici borcu $50 trilyona çatacaq.

Tariyel Həsənov
AzVision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti