Türkiyə qaz yatağının kəşfini elan edib

Türkiyə qaz yatağının kəşfini elan edib
  18 May 2025    Oxunub:243
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə ehtiyatları 75 milyard kubmetr olan qaz yatağının aşkar edildiyini açıqlayıb.
AzVision.az xəbər verir ki, 49 günlük qazma və sınaqdan sonra qaz yatağı tapılıb.

Ərdoğanın sözlərinə görə, bu, üç il yarım ərzində bütün Türkiyə ərazisində mənzillərin təmin edilməsinə kifayət edəcək. Bu ehtiyatların dəyəri 30 milyard dollar qiymətləndirilir.

Qara dəniz qaz yataqları hazırda 9,5 milyard kubmetr qaz hesabına ölkədə dörd milyon mənzili qazla təmin edir. Türkiyə liderinin sözlərinə görə, 2028-ci ilə qədər bu rəqəmin 4 dəfə artırılması planlaşdırılır.

AzVision.az



Teqlər:





Xəbər lenti