MPL: "Neftçi" "Səbail"ə qalib gəldi

      MPL:    "Neftçi" "Səbail"ə qalib gəldi
  18 May 2025    Oxunub:282
Misli Premyer Liqasının 35-ci turunda "Neftçi" "Səbail"lə qarşılaşıb.

AzVision.az xəbər verir ki, matçın 1-ci dəqiqəsində "Neftçi"nin Dembo Darbo hesabı açıb. 25-ci dəqiqədə Ağadadaş Salyanski “ağ-qaraların” üstünlüyünü iki topa yüksəldib. 79-cu dəqiqədə isə Əlirza Müştəbazadənin avtoqoıu nəticəsində "Neftçi" üstünlüyünü üç topa yüksəldib - 3-0.

Qarşılaşma bu hesabla da başa çatıb.

Misli Premyer Liqası,

35-ci tur

18 may (bazar)

17:00. "Neftçi" 3–0 "Səbail"

Qollar: Dembo Darbo, 1 (1-0), Ağadadaş Salyanski, 25 (2-0), Əlirza Müştəbazadə - avtoqol, 79 (3-0)

Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev

VAR: Cavid Cəlilov

AVAR: Elvin Bayramov

“Neftçi Arena”

AzVision.az





Teqlər:





Xəbər lenti