ABŞ Çinlə böyük müharibəyə hazırlaşır

   ABŞ Çinlə böyük müharibəyə hazırlaşır
  20 May 2025    Oxunub:430
Birləşmiş Ştatlar ölkələr arasında silahlı münaqişə baş verərsə, Çinə qarşı duruş gətirməyə qadir olan hərbi qüvvə yaratmaq üzərində işləyir.
AzVision.az xəbər verir ki, ABŞ-nin Müdafiə naziri Pit Heqset belə bəyanatla çıxış edib.

“Biz kommunist Çinin motivlərini və imkanlarını başa düşürük, ona görə də, indi və gələcəkdə münaqişənin qarşısını ala biləcək hərbi güc yaratmağımızı təmin edirik”, - Heqset bildirib.

ABŞ prezidenti Donald Trampın Çinin sədri Si Cinpinlə əla münasibətləri olduğunu vurğulayan Pentaqon rəhbəri, bununla belə, potensial təhlükələrə qarşı mübarizə aparmaq üçün Birləşmiş Ştatların müdafiə qabiliyyətini gücləndirməyə davam etdiyini söyləyib.

Çin nəhəng “dron daşıycısı” istehsal edəcək - VİDEO
ABŞ Hərbi Hava qüvvələrinin (HHQ) generalı Daq Uikert isə, Kaliforniyadakı Edvards HHQ bazasında çıxış edərək, Vaşinqtonun Çinlə uzun sürən hərbi münaqişəyə hazırlaşdığını bildirib.

- Əgər müharibə olsa, bu, Tayvanda başlayacaq. Müharibə tanklar və raketlərlə məhdudlaşmayacaq - hücum həm də kiber xarakter daşıya bilər və nəticədə uzunmüddətli elektrik enerjisinin kəsilməsi və infrastruktur nasazlıqları yarana bilər”, - “Reuters” agentliyi generaldan sitat gətirir.

Xatırladaq ki, “South China Morning Post” nəşrinin dünən yazdığına görə, Çin gələn ayın sonunadək 100-ə qədər gəzən döyüş sursatı və ya kiçik dron daşıya və işə sala bilən “Jiu Tian SS (Səma yüksəklikləri)" pilotsuz təyyarə daşıyıcısını sınaqdan keçirməyi planlaşdırır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Çin   müharibə  





Xəbər lenti