ABŞ-də USAID-in əvəzinə xüsusi fond yaradılacaq

ABŞ-də USAID-in əvəzinə xüsusi fond yaradılacaq
  20 May 2025    Oxunub:214
ABŞ Dövlət Departamenti Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əvəzinə 2,9 milyard dollar büdcəli xüsusi fond təsis edəcək.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio açıqlayıb.

"Bu təşkilati dəyişikliyin əsas prinsiplərindən biri budur ki, vacib olan büdcənin ölçüsü deyil, ayrılan vəsaitin nə qədər operativ istifadə edilə bilməsidir. Bu məqam yeni "America First Opportunity Fund" (A1OF) layihəsində öz əksini tapıb. 2,9 milyard dollar həcmində büdcə çoxsaylı dağınıq və səmərəsiz xarici yardım proqramlarını birləşdirir", - deyə Rubio ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı bildirib.

"Bu fond Dövlət Departamentinə böhranlara tez reaksiya verməyə, Hindistan və İordaniya kimi vacib tərəfdaşlarla fəal əməkdaşlıq etməyə, repatriasiya səylərini dəstəkləməyə və Çin kimi rəqiblərin strateji təhdidlərini neytrallaşdırmağa imkan verəcək. A1OF USAID-in təcrübəsindən, Dövlət Departamentinin mövcud xarici yardım sisteminin uğursuzluqlarından və bir sıra uğurlu nümunələrdən çıxarılan dərslər əsasında qurulub", - deyə Rubio sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, fevralın 3-də Vaşinqton USAID-in fəaliyyətini faktiki olaraq dayandırıb. Martın 10-da isə Marko Rubio yoxlamalar nəticəsində agentliyin proqramlarının 83%-nin ləğv edildiyini açıqlayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti