Pekin Moskvanın tərəfini tutub

Pekin Moskvanın tərəfini tutub
  21 May 2025    Oxunub:385
Çin Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi 17-ci sanksiyalar paketinə etirazını bildirib.
AzVision.az xəbər verir ki, Çin Xalq Respublikası Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq belə açıqlama ilə çıxş edib.

“Çin Avropa tərəfinin Çin müəssisələrinə qarşı əsassız sanksiyaları ilə bağlı kəskin narazılığını və qəti etirazını bildirir”, - diplomat vurğulayıb.

Qeyd edək ki, mayın 20-də Avropa İttifaqı Şurası Rusiyaya qarşı yeni, 17-ci sanksiyalar paketini təsdiqləyib. 17-ci anti-Rusiya sanksiyalar paketinin qəbulundan dərhal sonra Avropa diplomatiyasının rəhbəri Kaya Kallas 18-ci sanksiyalar paketinə hazırlıq işlərinə başlanıldığını açıqlayıb. O qeyd edib ki, Aİ bu addımı Rusiyanın sülh istəməsi üçün atır.

Donald Trampla Vladimir Putin arasında baş tutan son telefon danışığının nəticələrindən məyus olan Avropa liderləri Rusiyaya qarşı tezliklə 18-ci sanksiyalar paketinin qəbul edilməsi məsələsində daha israrlıdırlar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Çin   Rusiya  





Xəbər lenti