Yüksək vəzifəli rusiyalı məmur bildirib ki, SSRİ bir dövlət kimi Xalq deputatları qurultayının qərarı ilə yaradılıb, ona görə də həmin qurumun qərarı ilə buraxılmalı idi. Bundan əlavə, o, ittifaq respublikalarının Ali Sovetlərinin Belovejye sazişlərini ratifikasiya etmək səlahiyyətinə malik olmadığını söyləyib.
“Əgər hüquqi prosedur pozulubsa, onda belə çıxır ki, qanuni olaraq SSRİ mövcuddur. Bunu konstitusiya hüququ ekspertləri deyir. Amma SSRİ dağılmayıbsa, məntiqlə, hüquqi nöqteyi-nəzərdən belə alınır ki, Ukrayna böhranı daxili prosesdir”, - Vladimir Putinin müşaviri deyib.
Kobyakovun iddiasına əsasən, SSRİ-nin dağılmasına konstitusiya hüququ üzrə mütəxəssislər hüquqi qiymət verməlidir. Belə bir qiymətləndirmə, bugünkü hadisələri anlamağa kömək edəcək. O, sözügedən forum sayəsində bu məsələnin müzakirəsinin artıq başladığını bildirib.
— Newsfeed (@Newsfeed883920) May 21, 2025
Sahil İsgəndərov
AzVision.az