Tələt Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Tələt Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
  22 May 2025    Oxunub:287
Tələt Tahir oğlu Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Tələt Məcidov bu ordenə Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, T. Məcidov 1999-cu ildən 2005-ci ilə kimi Səbail Rayon İcra Hakimiyyəti başçısı vəzifəsində işləyib. O, 2005-ci ildən Azərbaycan Prezidentinin Administrasiyasının Kadr məsələləri şöbəsinin müdiridir.

Xatırladaq ki, sabah T. Məcidovun 80 yaşı tamam olur.

AzVision.az



Teqlər:





Xəbər lenti