Pentaqon Kiyevə yardımı təftiş edəcək

   Pentaqon Kiyevə yardımı təftiş edəcək
  22 May 2025    Oxunub:294
ABŞ-nin Dövlət katibi Marko Rubio ölkə hakimiyyətinin son illərdə Ukraynaya göstərilən bütün yardımları tam nəzərdən keçirəcəyini bildirib.
AzVision.az xəbər verir ki, Marko Rubionun sözlərinə görə, qanun pozuntuları aşkar ediləcəyi halda müvafiq tədbirlər görüləcək.

O, ABŞ Konqresindəki çıxışında Vaşinqtonun Kiyevə ayırdığı bütün yardımların təhlil ediləcəyini vurğulayaraq, xərclərə nəzarəti baş müfəttişlər, o cümlədən Ukraynaya yardımı qiymətləndirmək üçün təyinolunmuş xüsusi baş müfəttişin həyata keçirdiyini deyib.

“Əgər nə vaxtsa mənimsəmə və ya manipulyasiya tapsaq, mütləq bununla məşğul olacağıq”, - ABŞ-nin Dövlət katibi bildirib.

Rubio həmçinin qeyd edib ki, Vaşinqtonun indi əsas məqsədi Rusiya və Ukrayna arasında hərbi əməliyyatlara son qoymaqdır.

- Biz Ukraynaya fövqəladə yardım göstərmişik, lakin bu müharibə indi başa çatmalıdır. Bu müharibənin hərbi həlli yoxdur. O, yalnız danışıqlar yolu ilə başa çatır və nə qədər tez bitsə, bir o qədər az insan öləcək, bir o qədər az pul xərclənəcək və bir o qədər az dağıntı olacaq. Prezidentin əsas prioriteti müharibəni birdəfəlik bitirməkdir”, - Amerika diplomatiyasının rəhbəri vurğulayıb.

Xatırladaq ki, bu ilin fevral ayında Volodimir Zelenski, tammiqyaslı işğalın başlanmasından bəri Ukraynanın ABŞ-dən təxminən 105 milyard dollar hərbi və digər təhlükəsizlik dəstəyi aldığını açıqlamışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Ukrayna   yardım  





Xəbər lenti