“Rəqəmsal transformasiya sərhəd tanımır. Bu yol ümumi vizyon, regional əməkdaşlıq və birgə səylər tələb edir”, - deyə Zərinə Zeynalova bildirib.

Z. Zeynalova Azercell-in son iki il ərzində Bakıda ev sahibliyi etdiyi “M360 Eurasia”nın nəticələrinə toxunaraq formalaşmış texnoloji dinamikanın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra “Avrasiyanın rəqəmsal potensialı” mövzusuna həsr olunmuş panel müzakirəsində iştirak edən Z. Zeynalova Azercell-in şəbəkə modernizasiyası üzrə genişmiqyaslı layihəsini və Aztelekom-un “Onlayn Azərbaycan” təşəbbüsünü ölkənin rəqəmsal transformasiyasını təşviq edən uğurlu nümunələr kimi təqdim edib.

Eyni zamanda, Z. Zeynalova dayanıqlı telekommunikasiya infrastrukturunun qurulması, süni intellekt texnologiyalarının tətbiqi, yeni nəsil şəbəkələrin yaradılması və ən əsası insan kapitalına yönəlmiş uzunmüddətli investisiyaların strateji əhəmiyyətini xüsusi olaraq qeyd edib: “Məqsədimiz innovasiya və peşəkar insan resursları əsasında formalaşan gələcək nəsil rəqəmsal ekosistemi qurmaqdır.”
Forum çərçivəsində iştirakçılar sektorlararası əməkdaşlığın gücləndirilməsi, rəqəmsal suverenliyin təmin olunması və regionun texnoloji liderlik potensialının artırılması istiqamətində fikir mübadiləsi aparıblar. “M360 Eurasia 2025” Avrasiyanın Asiya ilə Avropa arasında strateji rəqəmsal körpü rolunu bir daha təsdiqləyib.
AzVision.az