Filippin sahilində zəlzələ olub

Filippin sahilində zəlzələ olub
  24 May 2025    Oxunub:277
Filippin sahilində 5,2 maqnitudalı zəlzələ olub.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakı vaxtı ilə 06:36 qeydə alınmış zəlzələnin episentri San-Fernando şəhərindən 10 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 35 kmdə dərinlikdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti