Yay havaları başlayır

   Yay havaları başlayır
  25 May 2025    Oxunub:493
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-19° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19°, gündüz 26-31°, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacaq.


Teqlər: Hava  





Xəbər lenti