
Filologiya və fəlsəfə elmləri doktoru, Həftəsonu məktəbinin müəllimi Sahibə Payıküçük tədbirdə çıxış edərək bu əlamətdar günün milli dövlətçilik tariximizdəki önəmini vurğulayıb.

Avropa Azərbaycan Mərkəzinin sədri və Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Zaur Əliyev 28 May tarixinin yalnız keçmişin deyil, bu gün güclü dövlətimizin və xalqımızın iradəsinin rəmzi olduğunu bildirib.

Sonra Həftəsonu məktəbinin şagirdləri Azərbaycan şairlərinin Vətən, torpaq və milli kimlik mövzusunda şeirlərini deyiblər.