DSX Akademiyasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib

Çıxış edənlər Azərbaycan Respublikasının Konstitusiyasının tarixi əhəmiyyəti, hüquqi dövlət quruculuğunda, eləcə də insan hüquq və azadlıqlarının qorunmasında rolu, dövlət suverenliyinin möhkəmləndirilməsində görülən işlər barədə geniş məlumat veriblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Konstitusiya haqqında çıxışlarının yer aldığı videoçarx nümayiş olunub.
Sonda şəxsi heyətin sualları cavablandırılmış, interaktiv müzakirələr aparılmış və bu cür maarifləndirici tədbirlərin davamlı keçirilməsinin vacibliyi vurğulanıb.
AzVision.az
Teqlər: