“Rus Evi”nin Suriyada da işi donduruldu

“Qurum məlum vəziyyətə görə - Suriyada rejimin dəyişməsi səbəbindən dondurulub. Vəziyyətin bizə qayıdıb bu işi bərpa etməyə imkan verəcəyini gözləyirik”, - Primakov deyib.
Eyni zamanda, Rusiya universitetlərində təhsil almaq üçün Suriyadan tələbələrin cəlb edilməsi də müvəqqəti dayandırılıb. Bu, sənədlərin yoxlanılması və namizədlərin kimliyinin eyniləşdirilməsi ilə bağlı yaranmış çətinliklərlə izah olunur.
Hazırda təhsil kvotalarını artıq Rusiyada təhsil alan və təhsilin növbəti pilləsinə keçən suriyalı tələbələr doldurur. Ölkə xaricindəki suriyalıların müraciətləri də nəzərdən keçirilir.
Xatırladaq ki, keçən il dekabrın 8-də Suriyadakı müxalif silahlı qruplar Dəməşqin ələ keçirildiyini və prezident Bəşər Əsədin hakimiyyətdən devrilməsini elan ediblər.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: RusEvi Suriya dayanmaq