
Müəssisələrdə əfv olunmuş şəxslərə azadlığa çıxmaları haqqında sənədlər təqdim edilib və onlar penitensiar müəssisələrdən azad olunmuş şəxslərin hüquqlarının təmin edilməsi, onların cəmiyyətə inteqrasiyası və sosial adaptasiyası üçün ölkəmizdə yaradılmış imkanlardan istifadə etməyə, dövlətçiliyə sadiq qalmağa çağırılıb.

Əfv olunan şəxslər insan hüquqları sahəsində humanist addımlara görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, əfv olunmuş şəxslər sırasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin vəsatəti əsasında müvafiq siyahıya salınmış şəxslər də var.
AzVision.az