"Motodrom"da yanğın söndürülüb I YENİLƏNİB

Bildirilib ki, Binəqədi rayonu, Motodrom adlanan ərazidə açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Motodrom adlanan sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə AzVision.az -a FHN-dən məlumat verilib. Bildirilib ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
AzVision.az
Teqlər: