İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Eyni zamanda İspaniyanın Kralı VI Felipe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Mətndə deyilir: "Cənab Prezident. Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Cənab Prezident, Sizə cansağlığı, sevimli Azərbaycan xalqına sülh, rifah və tərəqqi arzu edirəm".
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Möhtərəm İlham Heydər oğlu, əziz Qardaşım. Sizi və Sizin simanızda qardaş Azərbaycan xalqını ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Özbəkistan xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Sizin uzaqgörən rəhbərliyinizlə həyata keçirilən müdrik daxili və xarici siyasət nəticəsində Azərbaycan bütün sahələrdə əhəmiyyətli nailiyyətlərə imza atır, onun beynəlxalq arenadakı nüfuzu və mövqeyi durmadan yüksəlir.
Əhalinin yaşayış səviyyəsini ardıcıl surətdə yüksəltməyə xidmət edən genişmiqyaslı islahatlarınız, ölkə miqyasında aparılan böyük quruculuq işləri, xüsusilə də yeni, gözəl şəhərlərin salınması və müasir infrastruktur obyektlərinin inşası bizi əsl qardaş kimi sonsuz dərəcədə sevindirir. Son illər ərzində birgə həyata keçirdiyimiz sistemli fəaliyyətlər nəticəsində ortaq tarix, ənənəvi dostluq və çoxşaxəli əməkdaşlığa əsaslanan əlaqələrimiz dövlətlərarası münasibətlərin yüksək zirvəsi - ittifaq səviyyəsinə yüksəldi.
Əminəm ki, yaxın gələcəkdə bənzəri olmayan Azərbaycan diyarına reallaşacaq səfərimiz və açıq, səmərəli dialoqlarımız qarşılıqlı faydalı və uzunmüddətli münasibətlərimizi keyfiyyət və məzmun baxımından yeni mərhələyə çatdıracaq. Hörmətli İlham Heydər oğlu, Sizinlə keçirdiyimiz danışıqlar zamanı əldə olunan əhəmiyyətli razılaşmalar və böyük layihələr, qəbul edilmiş “yol xəritələri”nin tam şəkildə reallaşması strateji tərəfdaşlığımıza yeni təkan, xalqlarımızın ümumi rifahına böyük töhfə verəcəkdir.
Xüsusilə, razılaşdığımız kimi, əməkdaşlığımızı kimya, neft-qaz, dağ-mədən, energetika, elektrotexnika, zərgərlik, maşınqayırma, farmasevtika, tikinti materialları və bank-maliyyə sahələrində genişləndirərək on yeni istiqamət üzrə sürətlə inkişaf etdirməyə yönəlmiş böyük planlarımızın tam həyata keçəcəyinə inanıram. Fürsətdən istifadə edərək, ölkənizin həyatındakı bu əlamətdar tarix münasibətilə bir daha təbriklərimi çatdırır, Zati-alinizə möhkəm cansağlığı, ailə səadəti və Vətənin inkişafı yolundakı şərəfli fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və davamlı tərəqqi arzu edirəm".
Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə, hökumətinizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram.
Allah-Təaladan Zati-alinizə cansağlığı, xoşbəxtlik və davamlı uğurlar, qardaş Azərbaycan xalqına tərəqqi və firavanlıq diləyir, eləcə də fəxr duyduğumuz ikitərəfli əlaqələrimizin daha da inkişaf etməsini arzulayıram. Xahiş edirəm, səmimi qardaşlıq salamlarımı qəbul edəsiniz".
AzVision.az
Teqlər: