Əli Əsədov Misir Senatının sədri ilə görüşüb

   Əli Əsədov Misir Senatının sədri ilə görüşüb
  27 May 2025    Oxunub:322
Bu gün Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanla Misir arasında əlaqələrin müxtəlif sahələrdə yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə edilib. Dövlət başçılarının müntəzəm görüşlərinin və müzakirələrinin ikitərəfli münasibətlərin daha da dərinləşməsi və möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin qarşılıqlı səfərlərinin dövlətlərarası münasibətlərin tarixində yeni mərhələnin əsasını qoyduğu xüsusi vurğulanıb.

Həmçinin parlamentlərarası münasibətlərə toxunulub, ikitərəfli əlaqələrin inkişafında qanunverici orqanların vacib rolu qeyd edilib.

Görüşdə Azərbaycan-Misir qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti