Taliban nümayəndə heyəti Moskvaya gəlib

Taliban nümayəndə heyəti Moskvaya gəlib
  27 May 2025    Oxunub:289
Taliban hərəkatının nümayəndə heyəti Moskvada Rusiya Milli Mərkəzinə gəlib.
AzVision.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Agentliyin məlumatına görə, hərəkatın nümayəndələri “Dünyanın çevrilməsi: Rusiyadan baxış” müzakirəsində tamaşaçı qismində iştirak edirlər. Mayın 26-da Rusiyada Taliban hərəkatına qoyulan qadağanın dayandırılması ilə bağlı məhkəmə qərarının qüvvəyə mindiyi bildirilir.

ABŞ dövlət katibi Marko Rubio isə ABŞ-da Taliban hərəkatının terror qruplaşması statusunun nəzərdən keçirildiyini açıqlayıb. Aprelin ortalarında Rusiya Ali Məhkəməsi Rusiyada Taliban fəaliyyətinə qoyulan qadağanı müvəqqəti olaraq dayandırıb.

AzVision.az



Teqlər:





Xəbər lenti