İlham Əliyev: "Azərbaycan hər zaman qardaş Türkiyə və Pakistanın yanında olub"

      İlham Əliyev:    "Azərbaycan hər zaman qardaş Türkiyə və Pakistanın yanında olub"
  28 May 2025    Oxunub:629
Azərbaycan hər zaman qardaş Türkiyə və Pakistanın yanında olub.
AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə Zirvə görüşündə belə deyib.

“Türkiyənin terrorçuluqla mübarizə istiqamətində əldə etdiyi uğurlar bizi ürəkdən sevindirir. PKK terror qruplaşmasının özünü ləğv etməsi və tərk-silah ilə bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyinin və əzminin, Türkiyə dövlətinin gücünün nümunəsidir. Bu tarixi hadisə yalnız Türkiyə üçün deyil, ümumilikdə, bölgədə sülh və əmin-amanlıq üçün önəmli məsələdir”, - Azərbaycan Prezidenti bu tarixi hadisə münasibətilə qardaş Türkiyəni bir daha təbrik edib.

AzVision.az


Teqlər: Prezident   Ərdoğan   Şərif  





Xəbər lenti