İlon Mask Ağ Evdən gedir - VİDEO

   İlon Mask Ağ Evdən gedir  - VİDEO
  29 May 2025    Oxunub:510
Milyarder İlon Mask Tramp administrasiyasını və Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsini tərk edir. Qərar Ağ Evdə əsas büdcə siyasəti məsələləri ilə bağlı fikir ayrılıqları fonunda verilib.
AzVision.az xəbər verir ki, ABŞ prezidentinə “mənasız xərcləri azaltmaq fürsətinə” görə təşəkkürünü bildirən Mask DOGE-nin fəaliyyətini davam etdirəcəyinə əminliyini vurğulayıb.

“Tesla” şirlətinin yaradıcısı indi diqqətini dövlət xidmətində olduğu müddətdə itkilərə məruz qalan biznesin idarə edilməsinə yönəltmək niyyətindədir.

“Xüsusi dövlət qulluqçusu kimi planlaşdırdığım müddətim başa çatdıqda, israfçı xərcləri azaltmaq imkanına görə prezident @realDonaldTrumpa təşəkkür etmək istərdim. Əminəm ki, DOGE-nin missiyası bütün hökumətin həyat tərzinə çevrildiyi üçün zaman keçdikcə daha da güclənəcək”, - sahibkar “X” sosial şəbəkəsində yazıb.

“Associated Press” və “Bloomberg” agentliklərinin Tramp administrasiyasındakı mənbələri Maskın Ağ Evi tərk etdiyini təsdiqləyiblər. Məmurlardan biri sahibkarın işdən çıxarılma prosesinin mayın 28-də axşam başladığını deyib. Onun sözlərinə görə, İlon Mask bu qərarı müstəqil qəbul edib və prezidentdən dəstək alıb.

Maskın gözlənilən istefası ilə bağlı açıqlaması, Tramp administrasiyasının xərclərin azaldılmasını və vergi islahatı qanun layihəsini tənqid etdiyi “CBS” telekanalına müsahibəsindən bir gün sonra verilib. Onun fikrincə, bu cür təşəbbüslər artıq xərclərin azaldılması və xərclərin optimallaşdırılmasına yönəlmiş DOGE konsepsiyasının özü üçün təhlükə yaradır.

- Açıq desək, büdcə kəsirini azaltmaq əvəzinə artıran böyük miqyaslı xərclər barədə qanun layihəsini görmək məni məyus etdi”, - İlon Mask bildirib.

Qeyri-rəsmi olaraq “One Big Beautiful Bill (Böyük Gözəl Qanun layihəsi)” adlandırılan sənədə, Trampın özünün çıxışlarından birində dediyi kimi, min səhifədən çox əsas mətn və onlarla səhifə düzəlişlər daxildir. Təkliflərə 2017-ci ildə qəbul olunmuş vergi güzəştlərinin uzadılması, məsləhətlər və əlavə işlərə görə vergilərin ləğvi, borc səviyyəsinin 4 trilyon dollar artırılması, avtomobil kreditləri və digər istehlak borcları üçün yeni vergi güzəştləri daxildir.

Digər səbəblər
Bununla belə, İlon Maskın Tramp administrasiyasını tərk etmək qərarı təkcə qanun layihəsinin tənqidi ilə bağlı deyil. Son illərdə o, getdikcə siyasi fəaliyyətini azaltmaq və diqqətini biznesini idarə etmək niyyətində olduğunu bildirir. Keçən həftə Mask “Tesla” şirkətinə rəhbərliyi davam etdirəcəyini və onun əməliyyatlarına daha çox diqqət yetirəcəyini planlaşdırdığını söyləmişdi.

Milyarderin açıqlamaları investorların müsbət reaksiyasına səbəb olsa da, onun daha geniş siyasi fəaliyyətinə mübahisəli yanaşmalar sərgilənib. DOGE-nin başlatdığı kütləvi ixtisarlar təkcə ABŞ-də deyil, “Tesla” şirkətinin maraqlarının olduğu digər ölkələrdə də etirazlara səbəb olub.

Ağ Evdə qalmaqal: Mask və Bessent toqquşdular
Maskın opponentləri biznesmenin siyasətə qarışmasını tənqid edərək, onun hökumətdəki rolu ilə biznes fəaliyyəti arasında maraqların toqquşduğunu vurğulayıblar. Maskın korporativ məsələlərə diqqət yetirməsi üçün “Tesla”nın investorları arasında oma təzyiq artıb.

Gərginliyi azaltmaq üçün o, aprel ayında Ağ Evdə iştirakını həftədə bir və ya iki günə qədər azaldacağını açıqlamışdı. Ağ Evin aparat rəhbəri Süzan Uayls sahibkarın effektiv şəkildə uzaqdan iş formatına keçdiyini təsdiqləymişdi.

USAİD-in bağlanması
İlon Maskın rəhbərliyi altında DOGE-nin ən səs-küylü addımlarından biri 1961-ci ildə təsis ediləndən bəri Vaşinqtonun xarici siyasətinin əsas alətlərindən biri olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvi oldu.

“Ddəyişən qlobal arxitekturada USAID öz əhəmiyyətini itirib və onun proqramlarının əhəmiyyətli hissəsi digər dövlət və özəl qurumların funksiyalarını təkrarlayır”, - DOGE-nin bəyanatında vurğulanırdı.

Tramp administrasiyası əvvəllər beynəlxalq yardıma yönəldilmiş vəsaitlərin daxili proqramlara yatırılmasının daha məqsədyönlü olduğunu bildirdi.

Agentliyin bağlanması humanitar və xarici siyasət sahələrinin genişmiqyaslı yenidən təşkili ilə müşayiət olundu. “The Washington Post” nəşrinin məlumatına görə, USAİD-in 7500-ə yaxın əməkdaşı işdən çıxarılıb və ya başqa federal agentliklərə göndərilib. Bu reallıq Konqres, Dövlət departamenti və ABŞ-nin bir sıra müttəfiqlərinin tənqidinə səbəb olub.

Onlar bu qərarı “qəfil və ABŞ-nin qlobal təsirinə potensial zərərli” addım adlandırıblar.

Lakin USAİD-in fəaliyyətində ciddi korrupsiya əməllərinin və bir əksər ölkələrdə daxili sabitliyi pozmaq üçün təzyiq faktlarının ifşası fonunda islahatların tərəfdarları bu qərəzli qurumun ləğvi nəticəsində beş il ərzində 28 milyard dollara qədər vəsaitə qənaət olunacağını bildirirlər.

DOGE-nin işinin nəticələri
“Reuters” agentliyinin məlumatına görə, DOGE-nin həyata keçirdiyi proqram nəticəsində 260 min federal səviyyəli mülki əməkdaş və ya ümumi işçilərin təxminən 12%-i ixtisar edilib.
İslahatların tərəfdarları agentliyin 160 milyard dollara qədər qənaət etdiyini bildiririlər.

Bununla belə, digər mənbələrə görə, hüquqi ödənişlər və işdən çıxma müavinəti daxil olmaqla müvafiq xərclərin məbləği 135 milyard dollara çata bilər. Belədə DOGE-nin effketliliyi cəmi 25 milyard dollar təşkil eədək.

Yarandığı vaxtdan bəri DOGE-nin fəaliyyəti qızğın mübahisələrlə müşayiət olunub. Həmkarlar ittifaqı nümayəndələri və hüquq müdafiəsi təşkilatları əmək hüquqlarının pozulması, adekvat sosial müdafiənin olmaması, dövlət qurumlarının fəaliyyətinin pisləşməsi barədə məlumat veriblər. Bununla belə, qurumun tərəfdarları çoxdan təxirə salınmış struktur islahatlarının aparılmasının zəruriliyini qeyd ediblər.

Bütün tənqidi yanaşmalar rəğmən, prezident Donald Tramp ictimaiyyət qarşısında Maskın töhfələrini yüksək qiymətləndirib.

- Ondan xoşum gəlməkdən başqa mənim İlona heç bir ehtiyacım yoxdur. Amma sizə deyirəm ki, bu adam fantastik iş görüb”, - Amerika lideri demişdi.

Milyarderin Ağ Evdən getməsi, görünür, Donald Trampın İlon Maska hüsn-rəğbətinin və onun işinin effektliliyinə inamının azalmasından irəli gəlir.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Mask   AğEv   istefa  





Xəbər lenti