“ABŞ Dövlət departamenti Çin Kommunist Partiyası ilə əlaqəli olan və ya kritik sahələrdə təhsil alan tələbələr də daxil olmaqla, çinli tələbələr üçün vizaları aqressiv şəkildə ləğv etmək üçün Daxili Təhlükəsizlik nazirliyi ilə işləyəcək”, - məlumatda deyilir.
Marko Rubio, həmçinin ABŞ hakimiyyətinin gələcəkdə Çindən, o cümlədən Honq Konqdan müraciət edənlər üçün viza meyarlarını da nəzərdən keçirəcəyini vurğulayıb.
Bundan əvvəl “Politico” həşri ABŞ hökumətinin tələbə vizası ilə bağlı müsahibələri müvəqqəti olaraq dayandırdığını bildirmişdi.
Jurnalistlərin fikrincə, bu, Ağ Evin ABŞ-da təhsil almaq üçün müraciət edən əcnəbilərin sosial şəbəkələrinin məcburi yoxlanışının tətbiqi imkanlarının öyrənilməsi fonunda baş verir.
Sahil İsgəndərov
AzVision.az