"YAŞAT" Fondunun "Hədiyyə Karvanı" davam edir I FOTO

"YAŞAT" Fondunun "Hədiyyə Karvanı" davam edir    I FOTO
  30 May 2025    Oxunub:628
"YAŞAT" Fondunun təşkilatçılığı ilə beşinci dəfə "Hədiyyə Karvanı" layihəsi reallaşdırılır.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə reallaşdırılan sosial təşəbbüs "NEQSOL Holding"in, "Norm"un və "Bakcell"in tərəfdaşlığı ilə baş tutur.



Layihə çərçivəsində şəhidlərimizin 14 yaşınadək olan övladlarının hər birinə hədiyyə qutusu yaşayış ünvanlarında bilavasitə çatdırılır.



Ümumilikdə ölkəmizin bütün regionlarından 1700-ə yaxın uşaq əhatə olunacaq. Məqsəd onlara sevinc bəxş etmək və hərtərəfli inkişaflarını dəstəkləməkdir.



Xatırladaq ki, hədiyyə qutularının çatdırılması prosesi davam edir. Layihənin dəstəkçiləri Abşeron Logistika Mərkəzi, "Azərsun Kağız və Karton İstehsalat Korporasiyası"dır.





AzVision.az





Teqlər:





Xəbər lenti